Saleh Kamrani

Partiyanın yeddi fəal üzvü ilk qurultay baş tutana kimin üzvülərdən birini partiya sədri seçmişdir. Umumi səs çoxluğu ilə Saleh Kamranini qurultaya qədər partiya rəhbəri təyin edib və AMP-in idarə və təyin etmə səlahiyyətini və həmçinin bütün yetkilərini Saleh Kamraniyə tapışırmışdır.

Cənubi Azərbaycanlı hüquq müdafiəçisi, vicdan məhbusu, Azərbaycan Mərkəzi Partiyasının və "ANT" televiziyasının təsisçisi.

Həyatı və fəaliyyətləri

Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib.

Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. 

 Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. 

Bu dövrdə aktiv fəaliyyət göstərən o, “Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası”-nın və türkcə, farsca çıxan “Savalan” qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir.

Whatsapp:

+46 70 597 36 68

Email:

Fəaliyyətinə görə dəfələrlə təhdidlər almış güc strukturları tərəfindən təqib olunmuşdur. 2005-ci ildə növbəti milli mədəni fəalın hüquqlarını qorumaq üçün qardaşı ilə birgə Urmiyaya gedir. Urmiyada gecə yarısı İran xüsusi xidmət orqanları evə basqın edərək onu qardaşı ilə birgə həbs edirlər. Bir neçə gün sonra buraxılsalar belə sonradan “Baxış” və “Oyanış” tələbə qəzetlərinin təsisçisi olan qardaşı Məhərrəm Kamrani həbs olunur. 2006-cı ildə Xordad hadisələri zamanı dinc etirazlar şiddətlə yatırılır. Onlarla etirazçı dünyasını dəyişir. Bu zaman Saleh Kamrani “Millət Hüququnun Müdafiəsi Komitəsi” adlı bir qrup yaradaraq müxtəlif beynəlxalq televiziya knalaları və radiolarına müsahibələr verməyə başlayır. Bundan sonra 14 iyun 2006-cı ildə Tehranda evinə gedərkən güc strukturları tərəfindən oğurlanır. Bir neçə gün harada saxlanılması deyilməsə belə sonradan onun Evin həbsxanasında saxlanıldığı bəlli olur. Bunu 19 iyun tarixində İsveçdə yayımlanan Araz radiosuna müsahibəsində onun həyat yoldaşı Mina Əsgəri də təsdiq edir. 2007-ci ildə azadlığa çıxsa da bir neçə ay sonra 18 avqust 2007-ci ildə yenidən həbs olunaraq bir il müddətinə azadlıqdan məhrum edilir. Həbsdən çıxdıqdan sonra yenidən təqiblərə və təhdidlərə məruz qaldığı üçün ölkəni tərk etməyə məcbur olur. 2010-cu ildə ölkəni tərk edərək İsveçə köçür. Burada bir sıra beynəlxalq kanallara müstəqil ekspert kimi müsahibələr verməyə başlayır. Burada Azərbaycan Mərkəzi Partiyasını və 24 saat fəaliyyət göstərən “ANT” televiziyasını təsis edir.

AMP rəhbərinin müsahibə və çıxışları

AZƏRBAYCAN MƏRKƏZ PARTİYASI

Bu əsasnamə 2019-cu ilin iyununda iki fəsil və 14 maddədən ibarət olaraq qəbul edilmişdir.