Nizamnamə

Azərbaycan Mərkəz Partyasının nizamnaməsi

* Ümumi maddələr;

  1. Azərbaycan mərkəz partyası rəsmi adıdır, ingiliscə (Azerbaijan centeral party) farsca (hezb mərkəzi Azərbaycan),

qısaldılmış şəkildə AMP- olaraq adlanır.

1-2: AMP, Güney Azərbaycan Türklərinin, azadlığı, demokratik yaşamını, maddi və mənəvi qorumaq əsasında qurulan bir siyasi kulturol və ictimai təşkilatdır.

1-3: AMP, hüquqi şəxsiyətdir, loqo, mohür(aştanp), blanka malikdir.

1-4: AMP, əsasnaməsində nəzərdə tutulan əsaslara dayanaraq bütün demokratik, hüquqi, ictmai, siyasi, beynəlxalq təşkilatlarla əməkdaşlıq etməkdədir.

1-5: AMP, demokratik, azadlıq tərəfdarı, insan haqları, inanc azadlığı, hüquq və millətlərin müqəddəratını təyin etəmə hüququna söykənən bir partyadır.

*Əsas məqəsədlər:

2- AMP, əsas amalı bütün millətlərə öz müqəddəratını təmin etmək prinsipində mədəni, siyasi mübarizə aparmaqdır.

2-1: Güney Azərbaycan türk millətinin şovinizmə, rasizmə, dini istibdada, ictimai və iqtisadi ədalətsizliyə, insani hüquqların tapdalanmasına, terrorizmə qarşı mübarizə də millətinin yanında olmaqdır.

*partyanın hüquqları və fəaliyətləri:

3- Güney Azərbaycan və onun coğrafiyasından kənarda yaşayan mədəni və siyasi fəaliyət göstərən bütün qurumlar, partyalar, dərnəklər, təşkilatlarla millətimizin və partyanın mənafeləri uğrunda qarşılıqlı iş birliyi aparmaq mümkündür.

3-1: Fəaliyyət və məqsədləri barəsində sərbəst məlumat yaymaq və bunun üçün bütün qanuni media vasitələrindən istifadə etmək.

3-2: Mətbuat konfransları keçirmək

3-3: Konfranslar, deyirmi masalar, seminarlar təşkil etmək.

3-4: Beynəlxalq qurum və təşkilatlarla əlaqələr yaratmaq.

3-5: Müqavilələr və sazişlər bağlanmaq.

*AMP-nin maddi gəlirləri və qaynaqları

4-1: Üyəlik haqları

4-2: Könüllü vətənsevər və partyanın dostlarının yardımı

4-3: AMP-nin dəstəylə yaranan qurumlardan əldə olunan gəlirlər

*Üyəlik

5: AMP-də üyəlik fərdidir

5-1: AMP-nin əsasnaməsini və nizamnaməsini qəbul edən hər bir Güney Azərbaycanlı irqindən, dinindən, cinsindən və vətəndaşlığından asılı olaraq 18 yaşdan yuxarı hər şəxs AMP üzvü ola bilər.

5-2: AMP-nin üzvü olmaq üçün anket doldurub partyanın idarə heyətinə göndərmək yetərlidir.

5-3: Üzvlük haqqında qərar sadəcə idarə heyəti tərfindən verilir.

*Üzvlərin haqları

6: Hər bir üzv seçmək və seçilmək haqqına sahibdir.

6-1: AMP-nin həyata keçirdiyi tədbirlərdə iştrak etmək.

6-2: AMP-nin siyastlərini va orqanların fəaliyətlərini sərbəst şəkildə müzakirə və tənqid etmək.

6-3: Qurultayda iştirak etmək.

6-4: Hər üzv başqa üzvdən ya idarə heyətindən və ya partyaya aid orqanlardan şikayət etmək üçün dəntimə yazılı şəkildə müraciət etmək.

6-5: Partyanın idarə heyətinə namizəd olmaq üçün hər üzv ən əzı bir il müddətində partyada fəaliyət göstərməlidir.

*Üzvlərin vəzifələri

7: Hər bir üzv nizamnaməyə əməl etəməlidir.

7-1: Üzvlər partyanın hədəflərini və məqsədlərini açıq şəkildə yaymalıdır.

7-2: üzvlikdən çıxmaq və azad olunmaq

7-3: Hər bir üzv əgər idarə heyətinin qərarı ilə üzülük haqqı ləğv olunursa  verilən qərara sayğı duymalı və etraz üçün yazılı şəkildə müraciət edə bilər.

7-4: Müəyyən olunmuş üzvlük haqlarını ödəmək

7-5: Partya bilgi güvənliyini qorumaq

*AMP idarə etmə orqanları

8: Qurultay, idarə heyəti, başqan, başqan yardımçısı, sözcü, katib, təşkilat məsulu

8-1: Qurultay

8-2: Partyanın ali idarə etmək orqanıdır, hər iki ildən bir keçirilən qurultaya aiddir.

8-2: Qurultay növbədən kənar toplamaq üçün idarə heyətinin və başqanın onay yetərlidir.

8-3: Qurultay partyanın nizamnaməsini qəbul edir və ya onda deyişiklik edəcək yeganə qaynaqdır.

8-4: Qurultay gizli səs vermək yolu ilə idarə heyətini seçir.

8-5: Qurultay bəyaniyə və qətnamələr qəbul edə bilər.

8-6: Qurultay partyanın başqanı seçir, başqanın istefasını qəbul edir ya rədd edir və ya gurudən alma hüququna sahibdir.

*İdarə heyəti

8-7: İdarə heyəti 7 nəfərdən ibarətdi və onun üzvlərinin çoxaltması sadəcə qurultaya aiddir.

8-8: İdarə heyəti qurultaydan qurultaya seçilir.

8-9: İdarə heyəti gələn bütün təklif və şikayətlərə 7 gün müddətinə qərar vermək məcburiyyətindədir.

8-10: İdarə heyəti bütün qərarları təyid etmək üçün partya başqanına göndərilir.

8-11: İdarə heyəti dentim və soruşdurma komitəsinə nəzarət edir.

8-12: İdarə heyətinin hər hansı üzv səbəb güstərmdən

3 dəfədən çox toplantılara qatılmırsa idarə heyəti çoxunluq qərarı ilə üzvlüyü ləğv olunur və qurultayda çoxunluq səs gətirən sıralama əsasında yeni üzvünü seçir və tayid üçün başqana göndərir.

*Başqan

8-13: Partyanın fəaliyətinə başqan rəhbərlik edir.

8-14: Başqan qurultayın səs çoxluğyla iki il müddətinə seçilir.

8-15: Başqan partıya adına bildiriş verir və partya adına görüşlər aparır.

8-16: Başqan eyni halda idarə heyəti üzv kimi fəaliyət göstərə bilməz.

8-17: Başqan özünə yardımçılar və müşavirlər seçə bilər

8-18: Başqan istənilən bir səbəbdən dolayı görəvini yerinə yetirə bilmirsə onun vəzifələrini idarə heyəti üstələnir və qurultaya qədər keçici sözçü seçir.

*Dentim və soruşdurma komitəsi                        

8-19: Dentim və soruşdurma komitəsi qurultay tərəfindən seçilir.

8-20: Dentim və soruşdurma komitəsinin əsas vəzifəsi nizamnamənin icrasının nəzarəti və maliyə məslələrinin dentimidir

8-21: Partya üzvləri haqqında olunan şikayətlərə baxmaq və səs verməyə idarə heyətinə göndərmək.

8-22: Dentim və soruşdurma komitəsinin qərar vermə yetgisi yoxdur qərarı idarə heyətinə göndərir və başqanın onay lazımlıdır.

8-23: Dentim və soruşdurma komitəsi sadəcə araşdırma vəzifəsindədir.

8-24- Dentim və soruşdurma komitəsi öz çalışmalarına görə idarə heyətinə və başqana həsabat verir.

9: AMP-nin fəalyətini dayandırmaq və partyanın ləğvi.

9-1: AMP-nin fəalyətinin dayandırılması və ya ləğv olunmasının qərarı sadəcə qurultayının üçdə ikisinin səsi lazımlıdır.

Azərbaycan Mərkəz Partyasının nizamnaməsi