Ebadan (Abadan) Olayları İlə Bağlı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Bildirişi

Biz “Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi” olaraq o bölgədə yaşayan bütün insanların o cümlədən məzlum Ərəb millətinin acı və kədərini paylaşırıq və bu haqlı davada özümüzü onların yanında görürük. Təbii ki bu gün İran adı ilə tanınan ölkədə xalqların düşdüyü bu acınacaqlı durumun bilavasitə sorumlusu İran rejimi və başda bütün ipləri əllərində tutan Xameneyi və Sipahdır. Sivil və demokratik yollarla etiraz etmək isə İranda yaşayan məzlum millətlərin ən doğal haqqıdır və bu etirazlara şiddət qarışmasının da sorumlusu yenə İran rejimidir.
Share on facebook
Share on twitter
Share on whatsapp
Share on telegram
Share on email
Share on print

Hər kəsə məlum olduğu üzrə bir neçə gün bundan öncə İranın Əhvaz vilayətinin Ebadan (Abadan) şəhərində Metropol adlı bir bina çökərək çox sayda insanın canını itirməsinə yaxud xəsarət almasına nədən oldu.
Əsasında bir Ərəb şəhəri olan və bu gün də əhalisinin böyük hissəsi Ərəb olan o bölgədə o gündən bu günə etirazlar davam etməkdədir və hər zaman olduğu kimi İran əmniyyət gücləri bildikləri tək yol yanı şiddətə baş vurmuşlardır.
Təbii ki bölgə xalqı ortaya çıxan bu fəlakəti İran rejiminin içində boğuldu sistematik fəsadla əlaqələndirməkdə və bu səbəblə etirazlar çoxdan Metropol Binası hadisəsini aşmış və anti-rejim mahiyyət almışdır. Özəlliklə bölgənin Ərəb milləti yüz ili aşqın bir sürə İran mərkəzi hökumətinə hakim olan fars milliyyətçiliyinin ən böyük qurbanlarından olduğu üçün bu gün daha böyük bir öfkə duymaqda və etirazlarda önəmli rol oynamaqdadır.
Biz “Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi” olaraq o bölgədə yaşayan bütün insanların o cümlədən məzlum Ərəb millətinin acı və kədərini paylaşırıq və bu haqlı davada özümüzü onların yanında görürük. Təbii ki bu gün İran adı ilə tanınan ölkədə xalqların düşdüyü bu acınacaqlı durumun bilavasitə sorumlusu İran rejimi və başda bütün ipləri əllərində tutan Xameneyi və Sipahdır. Sivil və demokratik yollarla etiraz etmək isə İranda yaşayan məzlum millətlərin ən doğal haqqıdır və bu etirazlara şiddət qarışmasının da sorumlusu yenə İran rejimidir.
Bizə görə, İran adlanan ölkədə bütün millətlər, o cümlədən Azərbaycan Türk Milləti də bu etirazlara dəstək verərək faşist və irqçi İran rejiminin sömürgəçiliyinə son qoymalıdır.

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi:

Azadlıq Cəbhəsi (GAMAC)
Azərbaycan Mərkəz Partiyası (AMP)
Azərbaycan Milli Dirəniş Təşkilatı (Dirəniş)
Azərbaycan Öyrənci Hərəkatı (AZOH)
Güney Azərbaycan Demokrat Partiyası (GADP)
Güney Azərbaycan İstiqlal Partiyası (GAIP)
Güney Azərbaycan Liberal Demokrat Partiyası (GALDP)
Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB)
31/05/2022

Rəyinzi bizə göndərin

AZƏRBAYCAN MƏRKƏZ PARTİYASI

Bu əsasnamə 2019-cu ilin iyununda iki fəsil və 14 maddədən ibarət olaraq qəbul edilmişdir.