AMP Mərkəzi Şurasının üzvü və Təşkilat Məsulu

Babək Azəroğlu

Babək Azəroğlu 10 januar 1970-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. 1992-ci ildə Demokrat Vahid Azərbaycan Təşkilatında siyasi fəaliyyətə başlayıb. 1993-cü ildən etibarən Güney Azərbaycanın müxtəlif şəhərlərində Azərbaycan Milli Hərəkatı adina gizli məktəblər təşkil və Azərbaycan türkcəsi, Ana dilimzin öyrədilməsində fəaliyyət  göstərib. 1998-ci ildə Güney Azərbaycan Milli Azadləq cəbhəsi GAMAC-in əsas yaradıcılarından biri olub.

Fəaliyyətinə görə İranın güc strukturları tərəfindən dəfələrlə təhdid edilmiş, təqiblərə, həbslərə və fiziki şikəncələrə məruz qalmişdır.

Son dəfə 1998-ci ildə İran İslam rejimin əleyhinə fəaliyyət və xarici ölkələrə casusluq ittihamila günahlandırılmış və şərti olaraq 4 il azadlıqdan məhrum edilmiş, 2 il çəkdiyi həbusdən sonra, bir daha siyasi fəaliyyət göstərməmək və xarici ölkələrə səfər etməmək şərtilə azadlığa buraxilmışdır.

Şərti azadlıqdan sonra basqı və təhdidlərin artması nəticəsində məcburi olaraq 2001-ci ildə  ayiləsilə birlikdə Güney Azərbaycanı tərk və Norveç krallığına mühacirət etmişdir. Bir qız iki oğlan atasıdır. Müəllimçilik peşəsilə məşquldur. 

whatsapp:

+47 975 885 38

Email:

AZƏRBAYCAN MƏRKƏZ PARTİYASI

Bu əsasnamə 2019-cu ilin iyununda iki fəsil və 14 maddədən ibarət olaraq qəbul edilmişdir.