Azərbaycan Mərkəz Partiyasının

Əsasnaməsi

BİRİNCİ FƏSİL
ƏSAS MÜDDƏALAR

20-ci əsrin əvvəllərində dünyada baş verən böyük siyasi dəyişikliklərlə paralel olaraq, İran coğrafiyasında yaşayan cəmiyyətlər (Məmaliki Məhruse) də bir sıra önəmli dəyişikliklərə məruz qaldı. Məşrutə (Konstitusiya) inqilabı bu dəyişikliklərin mütərəqqi nümunəsi kimi Azərbaycanın qətiyyətli və təsirli iştirakı ilə baş verdi. Lakin az zaman sonra inqilabın hədəflərinə xiyanət olundu və onun Türk liderləri vəhşicəsinə öldürüldü və ya mərkəzçi ünsürlər tərəfindən siyasəttən uzaq tutuldu. İnqilaba xəyanət nəticəsində yaranan gərgin ictimai-siyasi mühit, fars millətçi elementlərinə antitürk məqsədlərini həyata keçirmək üçün bir fürsət yaratdı. Şeyx Məhəmməd Xiyabaninin başçılıq etdiyi Təbriz mərkəzli hərəkat və qurduğu hökumət əslində mərkəzçi qrupların siyasətdən və inqilab konstitusiyasından uzaqlaşmasına qarşı ortaya çıxdı. Mərkəzçi qrupların qanuna və demokratiyaya qarşı haqsız müqaviməti qarşısında, Xaiyabani mərkəzdən müstəqilliyi Azərbaycan xalqının xoşbəxtliyinin yeganə yolu olaraq seçdi. Azadistan dövləti belə bir mühitdə quruldu. 20-cə əsrin əvvəllərində Azərbaycanda ilk müasir dövlət təcrübəsi kimi qurulan bu dövlət amansızcasına basdırıdlı və yatırıldı; rəhbərləri isə edam edildi və Azərbaycan Tehran zülmünə məruz qaldı.

Məşrutə İnqilabından sonrakı ictimai-siyasi xaosda fars millətçiləri bəzi böyük dünya güclərinin dəstəyini qazanaraq faşist Pəhləvi rejimini qurdular. Beləliklə, fars olmayan millətlərə, xüsusən də Azərbaycana qarşı institusional bir dövlət şovinizmi başladı. Pəhləvi hökumətinin ideoloji və irqçi əsasları Məşrutə İnqilabının ideyaları və fars olmayan millətlərin mənafeləri ilə tam ziddiyyət təşkil edirdi. Pəhləvi rejimi sözdə qədim İran tarixi yaradaraq qurduğu ideologiyaya dayanaraq Azərbaycanın tarixi coğrafiyasını ələ geçirdi və 53 il (1925-1979) Azərbaycan Türklərinin siyasi və mədəni kimliyini, iqtisadi və insan resurslarını talan etdi. Pəhləvi rejimi tərəfindən Azərbaycan cəmiyyətinə vırılan ən böyük zərbə, Azərbaycan tarixi və mədəni yaddaşını və kimliyini təmizləmək üçün icra etdiyi projeydi. Bu projə çərçivəsində rejimin hakim olduğu milyonlarla Azərbaycan Türkünün və digər fars olmayan xalqların ana dili qadağan edildi. Bundan əlavə, İran coğrafiyasında fars olmayan xalqların, xüsusən də Türklərin tarixi, saxta tarixlər yazaraq fars tarixinin xeyrinə dəyişdirildi. Əslində Məmalik-i Məhrusə və ya hakim tayfaların xüsusən də Türk (Səfəvilər, Qacar) tayfalarının adını daşıyan bu coğrafiyanın adı İran olaraq dəyişdirildi. O vaxta qədər güclü bir siyasi birlik olan Azərbaycan, rejimin idari və siyasi təqsimatı nəticəsində tədricən parçalanaraq zəiflədi. Bundan əlavə, bu illərdə Azərbaycanın iqtisadi və mədəni sərvətləridə talan edildi; Azərbaycandan böyük bir əhali köç etmək məcburiyətində qaldı. Pəhləvi rejimi bütün siyasi və iqtisadi qaynaqlarını Türk xalqının assimilyasi üçün istifadə etdi; lakin Azərbaycanın tarixi və kültürəl kökləri o qədər dərindi ki rejim istədiyi kimi yox olmadı.

Bütün çətinliklərə baxmayaraq, Azərbaycan xalqı hər fürsətdə Pəhləvi rejiminin zülmünə qarşı üsyan etmişdir. Azərbaycan Demokrat Firqəsi Azərbaycan cəmiyyətinin bu etirazları istiqamətində yarandı. Cəfər Pişəvərinin rəhbərliyi ilə qurulan Azərbaycan Milli Hökuməti Azərbaycan Türk xalqının milli hüquqlarına və öz müqəddəratını təyin etməsinə tarixi bir nümunədir. Pəhləvi rejimi Azərbaycanı və Milli Hökuməti siyasi və demokratik yollarla yıxamadığı üçün Azərbaycana hərbi müdaxiləyə əl atdı. Bu hadisələrdə, əksəriyyəti təhsil almış və aydın olan on minlərlə Azərbaycanlı Pəhləvi ordusu tərəfindən öldürüldü. Azərbaycan Milli Höküməti, Azərbaycan cəmiyyətini siyasi, iqtisadi, mədəni və sosial baxımdan inkişaf etdirə bilən və 20-ci əsrdə Azərbaycanda Türk dövlətçiliyinin bir nümunəsi və təcrübəsidir. Azərbaycan Milli Hökuməti Azərbaycan Türklərinin dərin və milli duyğuları təməlində quruldu. Habelə bugün də onun Azərbaycan Türkləri üzərində təsirini görmək mümkündür.

1979-cu il inqilabı, Azərbaycan xalqının Pəhləvi rejiminin repressiyalarına qarşı təsirli hərəkətlərinin bir başqa nümunəsidir. Bu inqilabla bağlı tarixi mətnlərin əksəriyəti, xüsusən 18 Fevral 1978-ci il qiyamında Azərbaycan Türklərinin təsirini əks etdirir. Azərbaycan xalqı hər fürsətdə, fərqli siyasi qruplar və partiyalar şəklində avtoritar Pəhləvi rejiminə qarşı mübarizə apardı və bu yolda çoxlu can verdi. Xumeyni və Vilayəti-fəqihci fundamentalist qruhlar tərəfindən inqilab və hədəflərinə xiyanət olmadan əvvəl, Azərbaycan xalqı bu inqilabın yanında idi. Vilayəti-fəqih və İslam Respublikası ideyasına qarşı ilk etirazlar da Azərbaycan xalqı tərəfindən gərçəkləşdi. Türklər Xumeyninin rəhbərliyi altında qurulan avtokratik sistemə qarşı reaksiya keçirdilər və onun qanuniliyini şübhə altına aldılar. Ancaq bu dəfə də Azərbaycan Türk xalqı Xumeyninin tərəfdarı olan mürtəce, fundamentalist və inqilabi qruplar tərəfindən qanlı şəkildə Repressiya olundu.

İran İslam Respublikası Pəhləvi rejimi kimi vətəndaşlarının əsas insani və sosial hüquqlarını onlardan əsirgədi. Başından bəri bu sistemi qəbul etməyən Azərbaycan, mərkəzçi sistem tərəfindən ayrıseçkiliyə məruz qalaraq mədəni və kimlik hüquqları əzildi və ən önəmlisi dili qadağan edildi. Habelə İran İslam Respublikası Konstitusiyasının 15-ci maddəsində məhdud dil haqlarına yer verildiyinə baxmayaraq, heç vaxt Türk uşaqlarının ana dilini öyrənməsinə icazə verilmədi.

Bu gün görürük ki, Azərbaycanın iqtisadi və insan resursları mürtəce İran İslam Respublikası tərəfindən talan edilir. Eləcə Azərbaycan xalqının farsdilli bölgələrə köç sürətinin gündən-günə artdığını da görürük. Yəni Pəhləvi dövründə qurulmuş fars millətçiliyi və arxaik baxışlar inqilabla ortadan qalxmadı, əksinə, İslam Respublikası tərəfindən fərqli şəkildə qəbul edildi və davam ettirildi. Bu dəfə, farslaşdırma və Türk mədəniyyətini və kimliyini hədəf alan assimilyasiya projəsi, dini (şiə) ideologiya daxilində Azərbaycan və Türkə mənsub hər şeyi ortadan qaldırmağı hədəfləyibdir.

Son 100 ilin tarixi göstərir ki, Azərbaycan mərkəzçi İran dövlətlərində heç vaxt xoşbəxtliyə nail olmamışdır. İran İslam Respublikası dövründə Azərbaycan Türk xalqının dəfələrlə bu sistemin təzyiqlərinə qarşı üsyan etdiyini görürük. Son yüz ilin təcrübəsi göstərdi ki, nəinki hökumət, eyni zamanda ölkənin daxilində və xaricindəki mərkəzçi müxalifət qrupları da Azərbaycandakı hadisələri həmişə boykot edir. Buna görə də Azərbaycan cəmiyyətinin birinci ehtiyacı, fars irqçiliyindən və millətçiliyindən boyunduruğundan və din zülmdən qurtulmaqıdır.

Bu gün İran İslam Respublikası yenə də irqçi siyasətini davam etdirir. Şovinist rejim tərəfindən Azərbaycanın öz müqəddəratını təyinetmə hüququ pozulur və Güney Azərbaycan Türk milləti öz dilində yazmaq və oxumaq kimi ən əsas insan hüquqlarından məhrum buraxılır. Beləcə Güney Azərbaycanın müasir dünyadan geri qalmasının əsas səbəbləri izah edilə bilər.

Güney Azərbaycan Milli Hərəkatı çağdaş İrandakı bütün xalqların milli hərəkatlarının öncüllərindən hesab olunur. Bu hərəkat Güney Azərbaycanın milli hüquqlarının və öz müqəddəratını təyinetmə hüququnun təmin olunmasında fəal rol oynayır.

Güney Azərbaycan Türklərinin hüququ və milli hədəfləri uğrunda siyasi mübarizələrinə uyğun bir təşkilatlanma zəruridir. Buna görə də Azərbaycan Mərkəz Partiyası, Azərbaycan xalqının bu hədəfləri üçün yaradılıbdır.

Azərbaycan Mərkəz Partiyası bu mübarizədə fəal olan digər şəxslər, partiyalar və təşkilatlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

Nəhayət, Azərbaycan Mərkəz Partiyası buna inanır ki Azərbaycan xalqının gələcəyi və azadlığı müstəqil dövlətin yaradılması ilə gerçəkləşə bilər.

 

İKİNCİ FƏSİL
Maddə 1- Partiyanın Adı:
Azərbaycan Mərkəz Partiyası

Güney Azərbaycanda insan hüquqlarını ve öz müqəddəratını təyinetmə hüququnu habelə milli suverenliyi uğruna çalışan milli-siyasi partiyadır. Partiyanın hədəfi, Güney Azərbaycan Türklərinin milli birliyi, milli kimliyi, inkişafı və rifahını sağlamaqdır. Bunun üçün fəaliyyətini insan hüquqları, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi və öz müqəddəratını təyinetmə hüququna uyğun olaraq həyata keçirməkdədir.

Maddə 2- Təşkilati Quruluşu və Vəzifələr

Ümumiyyətlə partiya iki hissədən ibarətdir.

1- Daxil bölümü: Bu bölüm Güney Azərbaycanın tarixi coğrafiyası içində kəndlər, qəsəbələr və şəhərlərdə fəaliyət göstərir.

2- Xaric bölümü: Bu bölüm Güney Azərbaycan sərhədlərindən eşikdə və dünyanın fərqli ölkələrində fəaliyyət göstərir.

Bu iki bölüm, adi üzvlər və mərkəzi şuradan ibarət iki dəstdən oluşur.

Partiyanın Mərkəzi Şurası yaranana qədər nizamnamə və əsasnaməsi Partiyanın təsis heyətinin məsuliyyətidir.

Maddə 3- Partiyanın Rəhbərliyi, Mərkəzi Şurası Və Adi Üzvləri

Mərkəzi Şura, Partiyanın yeddi fəal üzvündən və ümumi qurultayda partiya üzvlərinin səsi ilə seçilir. Bu üzvlərdən biri Mərkəzi Şura tərəfindən Partiya rehbəri olaraq seçilir. Partiya rehbəri partiya sözcüsünü seçər. Digər üzvlər də təcrübələrinə və istedadlarına görə partiyanın konstitusiyasında nəzərdə tutulan komitələrdə vəzifələndirilir. Partiyanın digər üzvləri mərkəzi şura ilə birlikdə ümumi qurultay sayılırlar.

Rəhbərlik, Mərkəzi Şura və partiya komitələrinin vəzifələri Mərkəzi Şura tərəfindən yazılar və ümumi qurultayda partiya üzvlərinin nisbəti çoxluğu ilə təsdiqlənib ilgili üzvlərə bəyan edilir.

Maddə 4- Partiyanın Ümumi Hədəfləri

Azərbaycan Mərkəz Partiyasının son və uzunmüddətli hədəfi, Azərbaycan Türk millətinin milli, plüralist, dünyəvi və liberal hakimiyətini və öz müqəddəratını təyinetmə hüququnu əldə etməsi və insana layiq bir sistemə nail olmaqdır.

  • Azərbaycan Türk millətinin iradəsinin yenə millət tərəfindən təsdiqlənən konstitusiyaya söykənərək həyata keçirimək
  • Heç bir şərt olmadan qanunun aliliyi.
  • Digər millətlərin və dövlətlərin hüquqlarına hörmət edən bir siyasi sistem qurmaq.
  • Azərbaycanda insan hüquqlarının bərqərar olması və hər növ ayrıseçkiliyin qarşısının alınması
  • İslam Respublikasının zülmündən qurtulmaq üçün zülm altında olan bütün millətlərlə əməkdaşlıq və ittifaq qurmaq.
  • Siyasi plüralizm, dünyəvilik, sosial rifah, milli, mədəni, dini, cinsi və irqi ayrıseçkiliyin aradan qaldırılmasına əsaslanan liberal demokratik sistem qurmaq.
  • Azərbaycan Türkcəsinin rəsmiləşdirilməsi.
  • İfadə, qələm və fikir azadlığının təmin edilməsi, siyasi, sosial, mədəni və sinif təşkilatların azad fəalliyəti və BMT İnsan Haqları Nizamnaməsinə əməl olunmasının təmin edilməsi.
  • Edamı ləğv etmək.
  • Birləşmiş Millətlər Təşkilatının ratifikasiyası və Ümumdünya İnsan Haqları Bəyannaməsi əsasında qonşu xalqlar və digər ölkələr arasında qarşılıqlı hörmətə əsaslanan dinc münasibətlərin qurulması.
  • Şəxsi mülkiyyətə hörmət və azad iqtisadiyyatın qurulması

Partiya, cəmiyyət və hökumət arasındakı münasibətləri tənzimləmək üçün demokratiyanı ideal bir vasitə kimi qəbul edir. Habelə insanların təməl haqları, iqtisadi və sosial hüquqlarını təmin edən qərar və qanunlara sərbəst iştirak etmə prinsipinə inanır. Bu inam, millət bir hakimiyətin əsas məşruiyət qaynağının insan olduğu prinsipinə dayanır.

Partiya, demokratiyanın tanınması və uyğulanması prosesində digər cəmiyyətlərin ardınca getmənin faydalı olmayacağına inanır. Buna görə fərdi hüquqlar, dini və sosial dəyərlər, cəmiyyətin mənəvi etikası kimi demokratiyanın ilkələrinə və Azərbaycan Türk xalqının özünə məxsus tarixi quruluşlarına dayanaraq bir növ demokratiyaya yol aça biləcək dəqiq planlar və strategiyalar hazırlanmalıdır.

Partiya dinin müqəddəsliyini və cəmiyyətdəki mənəvi rolunu qorumaq və xalqın iradəsinə hörmət etmək üçün dövlət qurumlarının dini qurumlardan ayırılmasının vacib olduğuna inanır.

Partiya qadınlar və kişilər arasındakı bərabərliyə və qadınların müxtəlif sahələrdə iştirak etməsinə mane olan və ya onları kənarlaşdıran ayrıseçkiliklə mübarizəyə dərin inamı vardır.

Partiya terrorizmin müxtəlif formalarını qınayır, eyni zamanda terrorizmlə işğaldan qurtulmaya çalışan millətlərin və ya zülmdən azad olmaq üçün mübarizə aparan xalqların məşru müqavimətinin fərqləndirilməsinin lazım olduğuna inanır.

Partiya beynəlxalq ictimaiyyətın həmrəyliyini dəstəkləyir, eyni zamanda zorakılığın qarşısını almaq və ya beynəlxalq ixtilafların həlli prosesində və beynəlxalq münasibətlərin təməli kimi dialoq və anlaşmanın inkişafında təhdidkar davranışları qınayır.

Partiya malik olduğu siyasi şüur və ölkə daxilində çağırış gücünə söykənərək xalqı təşkilatlanmaya təşviq edəcək; xalqın siyasi şüurunu artırmaya, siyasi və sosial dinamizm yaratmaya, vətəndaşlarla partiya arasında davamlı və qarşılıqlı əlaqə yaratmaya çalışacaqdır. Habelə hər şeyi düzgün başa düşmək, şüurlu hərəkət etmək və hərəkatin mübarizə peoblemlərinə və rəhbərliyinə qarşı məsuliyətlərini bilmək üçün xalqa dəstək verəcəkdir. Partiya bütün milli hərəkat fəallarını səfərbər etmək və onların qabiliyyətlərini bərpa etmək imkanı yaratmaya çalışacaqdır.

Partiya Azərbaycan xalqı arasında kollektiv öhdəlik, milli ruh və istəklərin möhkəmləşdirilməsi və inkişafi üçün mübarizə aparır. Bu məqsədlə xalq arasında birlik hissini gücləndirib, son doxsan ildə bilərəkdən Azərbaycanlıların milli, mədəni və tarixi irsini məhv etməyə çalışan İran hökumətlərinin şovinist siyasətlərinin təsirlərini silmək üçün səy göstərəcəkdir.

Partiya cəmiyyətdəki demokratik dəyərləri və onun prinsiplərini möhkəmləndirməyə və beləliklə demokratiyanın həqiqi və praktik inkişafını təmin etməyə çalışacaqdır.

Partiya Azərbaycanın siyasi və sosial qüvvələrini təmsil edə biləcək geniş bir cəbhə yaratmaq üçün Azərbaycanın fəal partiyaları və təşkilatlarını birləşdirməyə və əlaqələrini möhkəmləndirməyə çalışır.

Son olaraq Partiya inanır ki xalqın seçimi və iradəsi hər mübarizənin və ya siyasi fəaliyətin yeganə hakimidir. Yəni hər partiya və ya siyasi quruluş öz məşruiyətini xalqdan alır. Ona görə siyasi mübarizədə bir tərəfdən insanların partiya və ya siyasi quruluşun məqsəd və prinsiplərinə göstərdiyi meyl və digər tərəfdəndə siyasi proqramları və məqsədlərini effektiv şəkildə uyğunlaşdırmaq gücünə malik olub və ya olmaması hər şeyi bəlli edər.

Partiya bu prinsipə əsaslanaraq, Azərbaycan Türk millətinə və tarixinə qarşı təəhhüd edir ki, millətimizin azadlıq, ədalət və insana layiq bir həyata nail olması üçün bütün şüarları və proqramlarına əməl edəcək və üzərinə düşən vəzifələri yerinə yetirmək üçün əlindən gələni edcəkdir.

Maddə 5- Partiyanın Siyasəti

Azərbaycan Mərkəz Partiyası, Azərbaycan Türk millətinin tapdalanmış siyasi, sosial, iqtisadi və mədəni haqlarının əldə edilməsi istiqamətində qurulmuşdur.

Millətlərin öz müqəddəratını təyinetmə hüququna inanan Azərbaycan Mərkəz Partiyası İranın aparteid sisteminin qeyri-qanuni olduğuna inanır. Habelə partiya buna inanır ki, İran İslam Respublikasının zülmü altında olan xalqları, dünyanın digər uyqar xalqları kimi, öz səlahiyyətlərini öz iradələri ilə həyata keçirməlidirlər. Həmçinin institusional və təşkilati olmayan siyasi fəaliyətil  uğur qazanmağın qeyri-mümkün olduğuna inanaraq Azərbaycan Türk millətinin hüququ uğrunda mübarizəsini təşkillatlandırmaya çalışır. Partiya Azərbaycan Türk millətinin müstəqilliyi uğrunda mübarizəsinin içindən yaranmış, demokratik və mədəni yollar ilə bu mübarizələrin təşkilatlanması üçün qurmuşdur.

Azərbaycan Mərkəz Partiyası Ümumdünya İnsan Hüquqları Bəyannaməsi bayrağı altında İran faşizmi və dövlət şovinizminə, eləcə də hakim müstəmləkə sistemə qarşı Azərbaycan xalqının siyasi mübarizəsini gücləndirməyə çalışacaqdır.

Maddə 6- Partiya Planları

1- Azərbaycan Türk millətinin milli hüquqlarının reallaşdırılması üçün bilik və bilik səviyyəsini yüksəltmək və Azərbaycanda şovinist sistemin və düşüncə qalıqlarının aradan qaldırılması üçün mübarizə etmək.

2- Beynəlxalq humanitar partiyalar və təşkilatlarla ünsiyyət qurmaq və Azərbaycan Türk millətinin başına gətirilən vəhşiliklərlə əlaqədar İranın idarə sisteminin şovinist siyasətini ifşa etmək.

3- İran Rejiminin Azərbaycanda ayrıseçkilik və anti-xalq siyasətinə qarşı lazımi vaxt və şərtlərdə etiraz aksiyaları keçirmək.

4- Azərbaycan Milli Hərəkatının fəalları və partiyaları ilə əməkdaşlıq etməyə çalışmaq.

Milli və sosial hüquqlar uğrunda mübarizə çətin və ağır bir işdir. Bu hüquqları əldə etmək yalnız bütün milli fəalların geniş bir ittifaq yaratdıqları zaman mümkün olacaqdır. Beləcə partiyanın stratejik hədəflərindən biri, Azərbaycanın milli hakimiyətə nail olması üçün milli hərəkat fəallarının geniş birliyini sağlamaqdır.

Maddə 7- Üzvlər və Qəbul Şərtləri

Aşağıdaki şərtlərə sahib olan bütün Azərbaycanlılar partiya üzvü ola bilərlər:

1- Partiyanın proqramına və əsasnaməsinə inanmaq və onu təbliğ etmək.

2- Azərbaycan Türk xalqının hakimiyətinə inanmaq.

3- Demokratiyaya və Azərbaycan Türklərinə qarşı ayrıseçkiliyin aradan qaldırılmasına inanmaq.

4- Yaşı 18-dən çox olmaq.

5- Başqa bir təşkilatın və ya partiyanın üzvü olmamaq.

6- Partiya təşkilatının üzvlərinin əksəriyyəti tərəfindən təsdiqlənmək.

7- Partiya tərəfindən verilən kursları tamamlamaq.

Maddə 8- Üzvlərin Vəzifələri

1- Partiyanın qərarlarına hörmət və riayət etmək.

2- Partiyanın siyasi və təşkilati birliyini qorumağa çalışmaq.

3- Partiyanın sirlərini qorumaq.

4- Əsasnaməyə uyğun olaraq partiya intizamına əməl etmək.

5- Öz siyasi və sosial biliklərini artırmağa çalışmaq.

6- Partiya komitələrindən birində işləmək.

7- Partiya ilə xalq arasında əlaqə yaratmaq və partiyanın proqramlarını xalq arasında təbliğ etmək.

8- Daimi partiya iclaslarında fəal bir şəkildə iştirak etmək

9- Üzvlük haqqını ödəmək.

Maddə 9- Üzvlərin Hüquqları

1- Partiya üzvünün hər hansı bir komitədə seçilmək haqqı var.

2- Partiya iclaslarında hər hansı bir üzv və ya orqanı tənqid etmək hüququna malikdir.

3- Hər bir komitənin yuxarı komissiyasına və ya komitəsinə müraciət etmək hüququna malikdir.

4- Baxışlarını təbliğ etmək hüququna malikdir.

5- Bütün partiya komitələrinə rəy və təkliflər göndərmək hüququna malikdir və ya onlardan istədiyi qonularda sual soruşa bilər.

Maddə 10- Qadağan Olunmuş Fəaliyyətlər

1- Məsuliətlərinə əməl etməmək.

  1. Əsasnamənin maddələrinə əməl etməmək.

3- Partiya sirlərini partiya xaricində danışmaq.

4- Partiyanın hədəflərini pozmaq.

5- Partiyada malik olduğu məsuliyyətdən sui-istifadə etmək.

6- Partiya iclaslarında və ya bağlı komitələrdə iştirak etməkdən imtina etmək.

Maddə 11- Üzvün Cəzalandırılması

1- Şifahi qinamq.

2- Yazılı qinamaq.

3- Məsuliyətlərindən uzaqlaşdirmaq.

4- Üzvlüyünü asqıya almaq.

5- Partiyadan ixrac edilmək.

Qeyd: Hər bir üzvün partiya tərəfindən cəzalandırılmasına oy çoxluğu ilə qərar verilir. İxrac edilən və ya üzvlüyü asqıya alınan üzv, daha yüksək bir orqana müraciət edə bilər və bu durumun təkrar gözdən keçirilməsini tələb edə bilər. Üzvlüyün ən uzun asqıya alınma sürəsi bir ildir.

Maddə 12 - Partiyanın Qurultayları

Partiyanın qərar qəbul edən ən ali orqanı dörd ildən bir çağrılan Ümumi Qurultaydır. Ümumi Qurultay Mərkəzi Şuranın və Partiya Ümumi Şurasının üzvləri ilə keçirilər.

Fövqəladə Qurultay: Mərkəzi Şura partiya məsələlərini həll edə bilmirsə, fövqəladə qurultayın keçirilməsini tələb edə bilər. Fövqəladə qurultay adi qurultayın vəzifələrini icra etmək məcburiyətində deyil və yalnız təklif olunan məsələlərin həlli üçün qurulur.

Maddə 13 - Partiyanın Maliyyə mənbələri

1- Üzvlük haqları

2- Vəqflərdən və partiya təşkilatlarından əldə olunan gəlirlər.

3- Partiya üzvləri və tərəfdarlarının mali dəstəkləri.

4- Müxtəlif tədbirlər və projələrdən əldə olunan gəlirlər.

Maddə 14

Bu əsasnamə 2019-cu ilin iyununda iki fəsil və 14 maddədən ibarət olaraq qəbul edilmişdir.