Azərbaycan Mərkəz Partiyası
AMP

750.fw

Urmu Gölü’nün Faciəvi Durumu İlə Bağlı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Xiyaban Etirazlarına Çağrışı

Biz, Güney Azərbaycan Təşkilatlarının Əməkdaşlıq Mərkəzi olaraq xalqımızın müxtəlif təbəqələrini hər bir cəmiyyətin demokratik və ayrılmaz hüququ olan küçələrdə dinc etiraz aksiyalarında iştirak etməyə çağırıq. Qoyun millətimizin etiraz səsi və zülmə fəryadını bütün dünyaya eşidsin. Təbii ki bu, millətimizin yoxsulluq və bahalıqdan tutmuş işsizliyə, korrupsiyaya qədər bütün problemlərinə və ən başda Urmu Gölünün quruması fəlakətinə etirazı olacaq.

Urmu Gölünün Kritik Durumu və Millətimizin Etirazları İlə Bağlı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Bildirişi

Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi olaraq bizdə yurd içindəki millətimiz və fəallarımızın səsinə səs veririk. İran rejimi ya günlər içərisində Urmu Gölünün qurtarılması ilə bağlı pratik addımlar atacaq yada artıq millətimiz öz sivil və demokratik tepkisini xiyabanda ortaya qoyacaq! Bu açıq bir xəbərdarlıqdır.

Ebadan (Abadan) Olayları İlə Bağlı Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzinin Bildirişi

Biz “Güney Azərbaycan Təşkilatları İşbirliyi Mərkəzi” olaraq o bölgədə yaşayan bütün insanların o cümlədən məzlum Ərəb millətinin acı və kədərini paylaşırıq və bu haqlı davada özümüzü onların yanında görürük. Təbii ki bu gün İran adı ilə tanınan ölkədə xalqların düşdüyü bu acınacaqlı durumun bilavasitə sorumlusu İran rejimi və başda bütün ipləri əllərində tutan Xameneyi və Sipahdır. Sivil və demokratik yollarla etiraz etmək isə İranda yaşayan məzlum millətlərin ən doğal haqqıdır və bu etirazlara şiddət qarışmasının da sorumlusu yenə İran rejimidir.

Saleh Kamrani

AMP
Rəhbəri

Partiyanın yeddi fəal üzvü ilk qurultay baş tutana kimin üzvülərdən birini partiya sədri seçmişdir. Umumi səs çoxluğu ilə Saleh Kamranini qurultaya qədər partiya rəhbəri təyin edib və AMP-in idarə və təyin etmə səlahiyyətini və həmçinin bütün yetkilərini Saleh Kamraniyə tapışırmışdır.

Saleh Kamrani 31 dekabr 1972-ci ildə Şərqi Azərbaycanın Əhər şəhərində anadan olub. Məktəbi bitirdikdən sonra Şiraz Universitetinin hüquq fakultəsinə daxil olur. Universitetdə təhsil aldığı dövrdə Türk dili və ədəbiyyatı üzrə professor olan M.Sadiqin iştirakı ilə universitetin yataqxanasında türk dili və ədəbiyyatı kursları keçirməyə başlayıb. Hərbi xidməti başa vurduqdan sonra işləməyə başlayan Saleh Kamrani eyni zamanda Şiraz Universitetində magistr təhsili də almağa başlayır. Bu dövrdə aktiv fəaliyyət göstərən o, “Şiraz Universiteti Türk Dilli Tələbələr Assosiasiyası”-nın və türkcə, farsca çıxan “Savalan” qəzetinin (baş redaktor kimi) yaradılmasından iştirak edir. Daha sonra hüquqşünas kimi azərbaycanlı milli mədəni fəalların, Qulamrza Əmaninin, Abbas Lisaninin, Həmid İmanın, Seyid Cavad Musəvinin, Hidayət Zakirin, Məhərrəm Kamraninin, İbrahim Savalanın, Saleh Molla Abbasinin, Cavad Abbasinin və Abbas Nik Rəvanın hüquqlarının müdafiəsi üçün çalışır. Bundan başqa o, ərəb milli fəal, İran Yazıçılar Assosiasiyasının üzvü Yusif Əzizi Bənitorof və milliyyətcə fars olan Mohsen Sazeqaranın vəkili olaraq onların hüquqlarını məhkəmədə müdafiə edib.

Azərbaycan Mərkəz Partiyası AMP-in

Açılış təqdimatından çıxış və təbriklər "Video"

“Rasyonallıq (ağılçılıq ), uzlaşma və ortaq ağlın nəticələrını qəbul etmək AMP-nin siyasət yürütmə metodudur. Partiyamız nifrət, öfkə, suçlama, dağıtmaq və nifaq toxumlarını səpməyə qarşıdır və belə hallara əsla yol verməyəcək. Muxalif və tənqidçilər  tərəfimizdən hər zaman sayqı və hörmətlə qarşılanıb. Belə də olacaq.  Təhqir, aşağılama, nifrət , basqı və bu kimi metodlara əsla əl atılmayacaq. Qarşımızda olanın  kimliyindən və hansı dilidə danışmasından asılı olmayaraq biz – AMP olaraq nəzakət dairəsindən çıxmayacayıq”   “Saleh Kamrani”

Azərbaycan Mərkəz Partiyası (AMP) İran coğrafiyasında yaşayan millətlərin öz taleyini təyin etmə haqqını əsas hədəf seçib. Güney Azərbaycan Türklərinin milli iradəsini, gələcəkdəki yaranan siyasi çərçivədə (sistemdə) dəstəkləməkdədir. Azərbaycan Mərkəz Partiyası Güney Azərbaycanda yaşayan insanların milli mənfəətlərimizi qoruyan parti və təşkilatlara arxa duracağını bilir və bu müstəvidə öz siyasi fəaliyyətlərini davam etdirir.

Mərkəzi Şura, Partiyanın yeddi fəal üzvündən və ümumi qurultayda partiya üzvlərinin səsi ilə seçilir.

Mərkəzi şura üzvüləri

Babək Azəroğlu 1970-ci ildə Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində anadan olub.
Aslan Sultani. 1981-ci ildə Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbrizdə anadan olub.
Aydın Moğanlı 1978-ci ildə Muğan bölgəsində Jəfər Abad şəhərində anadan olub.
Hüseyin Məhmudi 1991-ci ildə Şərqi Azərbaycanın Miyana şəhərində anadan olub.
Hüseyin Məhmudi
Sosial Media məsulu
Elyar Kamrani 1979-ci ildə Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində anadan olub.

AZƏRBAYCAN MƏRKƏZ PARTİYASI

Bu əsasnamə 2019-cu ilin iyununda iki fəsil və 14 maddədən ibarət olaraq qəbul edilmişdir.